Yeni ili harada qarşılasaq, daha yaxşı olar? - Ekspert açıqladı
    • 5-11-2024, 11:05
    • 208

Yeni ili harada qarşılasaq, daha yaxşı olar? - Ekspert açıqladı

İlin sonuna yaxınlaşdıqca Azərbaycan vətəndaşları Yeni ili harada qarşılamağı düşünür. Bu zaman bayram qiymətləri də əhalini düşündürən məsələlər sırasında olur. 

News24.az xəbər verir ki, hazırda populyar istiqamət çoxluq təşkil edir. Avropa və Asiya bu mövzuda biri-biri ilə rəqabət aparırlar. Bəs, vətəndaşlarımıza hansı marşurutlar uyğundur, hansı istiqamətlər tövsiyə olunur? 

Mövzu ilə bağlı News24.az-a danışan turzim mütəxəssisi Aidə Əliyevanınsözlərinə görə, turizm marşrutunu ilk növbədə vizasız ölkələrdən başlayır.

"Bura Gürcüstan turları aiddir ki, bu ölkədə bir neçə şəhər üzrə marşurutlar mövcuddur. Bundan başqa, vətəndaşlarımızın səyahət edəcəyi ölkələr siyahısında BƏƏ-ni də qeyd edə bilərik. Artıq özəl tərəf bundan ibarətdir ki, əvvələr əmirliklərinin biri aktiv idisə, hazırda Dubaydan başqa Abu Dabiyədə yüksək maraq var. Klassik marşrut kimi İstanbulu qeyd etmək olar, eyni zamanda Türkiyədə "xizək marşrutları da təklif olunur", - deyə o bildirib.

"Milad nağılına" gəlincə isə o bildirib ki, Avropaya maraq yüskəkdir: 

"Viza proseslərində isə AZAL-ın uçuşları daha üstün tutulur. Bu, Praqa və Vyanadır. Eyni zamanda, digər xəttlə münasib qiymətə Budapeştə təkliflər mövcuddur".

Viza məsələlərindən danışan A.Əliyeva qeyd edib ki, viza çətinliyi isə hələlik yoxdur. 

"Yayda viza çətinliyi mövcud idi, bu da təbii bir haldır. Hazırda isə mövsüm səngiyib deyə və ənənəvi mövsümə hazırlıq getdiyi üçün viza çətinliyi ilə üz-üzə deyilik. Sistemdə yerlər hələ ki müntəzəm olaraq açılır, vizanı öncədən rezerv edənlər əksər hallarda daha rahat şəkildə viza əldə edə bilirlər. Dekabr ayının əvvəlində nə olacağını dəqiq demək olmur. Amma proqnoz olaraq deyə bilərəm ki, viza mərkəzlərinə yer məhdudiyyəti ola bilər”, - deyə o bildirib.

Mütəxəssis əlavə edib ki, bir başqa məqam isə Asiyada yeni turizm trendləri yaranır:

"Vyetnam, Şri-Lanka üçün onlayn viza çox rahatdır, hətta bu ölkələrə səfər edənlər eniş zamanı rahat şəkildə viza ala bilərlər. Eyni zamanda, İndoneziya, Maldiv, Baldiv, Malaziya, Tayland turları da yüskək seqment hesab olunur. 

Qiymətlərə gəlincə isə ötən illərə nisbətən qiymətlər qalxıb. Ancaq təəccüblü deyil, dünyada qiymət artımı normaldır. Düzdür, bir çox müştərilər qiymət artımından narazı olsalar da, ucuz və bahalı paketlər satılır. Sadəcə, eyni qiymətə yüskək servis almaq olurdusa indi bu qiymətlər daha yüksəkdir".


Ağa