-
- 4-11-2024, 16:55
- 260
Simonyandan parlament müxalifəti haqda ŞOK AÇIQLAMA
“İndiki parlament müxalifəti tamamilə tükənib”.
News24.az xəbər verir ki, bu iddianın müəllifi Ermənistan parlamentinin spikeri Alen Simonyandır.
Simonyan müxalifətin parlamentin təcili iclasının çağırılması təşəbbüsünü, bu iclasda “erməni hərbi əsirlərin” (terrorçuların - red.) azad edilməsi ilə bağlı bəyanatın qəbul edilməsini məhz belə cəhdlərdən sayıb.
Alen Simonyana görə, müxalifət “məhbusların” geri qaytarılmasının nəzəri imkanlarını öyrənib və indi yorğanı öz üzərinə çəkməyə çalışır.
Erməni spikerin fikrincə, parlament müxalifəti artıq bitib.
“Bunu təəssüf hissi ilə deyirəm. Təəssüf edirəm ki, gələn il seçkilər olmayacaq. Ola bilər ki, hakimiyyətin reytinqi aşağı düşüb, amma bugünkü parlament müxalifəti reallıqda parlamentdənkənar müxalifətdir. Parlamentdən kənarda daha çox səsə malik qüvvələr var. Məsələn, “Çiçəklənən Ermənistan”, sorğular göstərir ki, onların daha çox səsi var”, - deyə Simonyan bildirib.
Erməni sədr Paşinyanın növbəti seçkilərdə də qalib gələcəyini vurğulayıb.
\\Musavat.com