-
- 5-11-2024, 12:09
- 1 697
İsmayıllıda it üstündə vəzifəli şəxslə dava
İsmayıllı rayonunda vəzifəli şəxslə dalaşan gənc həbs edilib.
News24.az Publika.az-a istinadla bildirir ki, hadisə rayonun Ticran kəndinə baş verib.
Həmin kənddə tənha yaşayan 26 yaşlı Əlisahab Qədirov kənd icra nümayəndəliyinə gəlib. O, icra başçısının nümayəndəsi Əhməd Əhmədovun kabinetinə daxil olub. Həmin vaxt qəbulda başqa vətəndaşın olduğunu bildirən məmur Ə.Qədirovun kabinetdən çıxarmasını istəyib. O isə naməlum şəxs tərəfindən itinin öldürüldüyünü, maddi vəziyyətinin pis olduğunu bildirərək mübahisə yaradıb. Bu zaman onlar əlbəyaxa olublar və hər ikisi yerə yıxılıb.
Həmin gənc inzibati binadan çıxandan sonra icra nümayəndəsini söyərək təhqir etməyə davam edib.
Əhməd Əhmədovun şikayətindən sonra Ə. Qədirov saxlanılıb. Onun barəsində inzibati protokol tərtib edilib. İsmayıllı Rayon Məhkəməsinin qərarı ilə gəncə 10 sutka həbs cəzası təyin edilib.