Ölümdən sonrakı həyata dair dəlil TAPILDI
    • 5-11-2024, 12:21
    • 473

Ölümdən sonrakı həyata dair dəlil TAPILDI

ABŞ alimləri 30 illik araşdırma nəticəsində ölümdən sonra həyata dair dəlillər tapdıqlarını açıqlayıblar. Nyu York Universiteti tərəfindən aparılan bir araşdırma, müşahidə altında olan xəstələrin əksəriyyətinin oxşar təcrübələrə sahib olduğunu göstərib.

Dosent Sem Parnianın sözlərinə görə, ürəkləri dayandıqdan sonra həyata dönən xəstələrin əksəriyyəti keçmiş təcrübələrini təkrar-təkrar yaşayıblar.

News24.az NTV-yə istinadən xəbər verir ki, Dr. Parnianın rəhbərliyi ilə aparılan 30 illik araşdırmada, ölmək üzrə olan minlərlə insan müşahidə edilib. Tədqiqatın məqsədi həyatın harada bitdiyini və ölümün harada başladığını qiymətləndirmək olub.

Dr. Parnia səs-küylü iş haqqında aşağıdakı açıqlamaları verib:

''Bir çox fərqli elmi metoddan istifadə edərək minlərlə insanlar üzərində araşdırmalar apardıq. Xəstələr tez-tez keçmiş təcrübələrini təkrarlayır, kameranın səssizliyində onlara baxırlar. Üstəlik, bunu başqasının nöqteyi-nəzərindən də hiss edə bilərlər. Məsələn, kimisə kədərləndirən hadisəyə baxanda onlar da üzülür, ya da kimisə sevindirirsə, onlar da sevinirlər. Onların eqoları birdən genişlənir və şüurları kəskinləşir. Sanki beyinlərindən pərdə çəkilir. Sanki özlərinin başqa versiyası ilə yeni həyata teleportasiya olunurlar".

Qeyd edək ki, əvvəlki araşdırmalar sübut edib ki, insan beyni ürək dayandıqdan sonra çox qısa müddət ərzində normal işləməyə davam edir. Ancaq müntəzəm skanlar beyin fəaliyyətinin dayandığını göstərir.

Dayanan tənəffüs və ya qan dövranı sistemini işlək və yenidən canlı hala gətirmək üçün edilən bir proses olan reanimasiyada oksigensiz bir saat keçsə belə beynin ara sıra aktivlik hücumları yaşaya biləcəyi bilinir.

Dr. Parnia deyib: ''Ölüm birdən-birə ehtiyatsız şüuru əxlaq və etika prizmasına qoyur. Aysberqin bütün görünməyən hissələri üzə çıxır. Bu nöqtədə, ölümdən sonra görülən şeylər həqiqətən gözəl təcrübələrdir, lakin təbii ki, bu təcrübəni yaşayanların çoxu həyata qayıda bilməz".

Günel Məlikzadə