Serdar Ortaç son evini də satır – SƏBƏB
    • 5-11-2024, 12:31
    • 676

Serdar Ortaç son evini də satır – SƏBƏB

Uzun illər qumara düşkünlüyü ilə tanınan və bu səbəbdən sərvətini itirən Türkiyənin məşhur müğənnisi Serdar Ortaçın son əmlakı satışa çıxarılır.

News24.az Sfera.az-a istinadla xəbər verir ki, borclarını ödəyə bilməyən müğənni son evini 10 milyon dollara (340 milyon lirə) satır.

Qeyd edək ki, o bu yaxınlarda 15 milyon TL borcunu ödədiyini açıqlamışdı. Buna baxmayaraq, Serdar Ortaç borclarının hamısını ödəyə bilməyib.

Xatırladaq ki, satışa çıxarılan ev müğənninin hazırda yaşadığı evdir.