15 yaşlı oğlanın acı ölümü
    • Bu gün, 12:38
    • 229

15 yaşlı oğlanın acı ölümü

Türkiyədə sobadan çıxan qığılcımların ətrafa yayılması nəticəsində yanğın baş verib. 

Yanğının baş verdiyini görən ailə üzvləri bayıra çıxaraq vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildiriblər. Xəbər verildikdən sonra hadisə yerinə yanğınsöndürmə briqadası və tibb qrupları sövq edilib.

News24.az NTV-yə istinadən xəbər verir ki, bu zaman Erman Çiftçi (15) içəridə unutduğu telefonunu almaq üçün evə girib və çölə çıxa bilməyib.

Yanğın nəzarətə götürülərək qrupların müdaxiləsi ilə söndürülərkən, hərəkətsiz vəziyyətdə çıxarılan Ermanın həyatını itirdiyi müəyyən edilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Günel Məlikzadə