-
- 5-11-2024, 14:51
- 292
İranda qisas əməliyyatı: 8 nəfər öldürüldü
İranın Sistan və Bəlucistan əyalətində 14 nəfər polis qüvvələrinə silahlı hücuma görə həbs edilib.
News24.az xəbər verir ki, bu barədə SEPAH rəsmisi Əhməd Şəfayi məlumat yayıb.
“Son 1 həftə ərzində “Təhlükəsizlik keşikçiləri” əməliyyatı nəticəsində 8 terrorçu öldürülüb, 14-ü isə saxlanılıb”, - o bildirib.
Qeyd edək ki, oktyabrın 26-də İranın Sistan və Bəlucistan əyalətinin Təftan rayonunun Qohərkuh bölgəsində silahlı qruplaşma üzvlərinin hücumu nəticəsində 10 polis əməkdaşını həlak olub.
Hücumun məsuliyyətini etnik bəlucların “Ənsar əl-Furqan” silahlı təşkilatı öz üzərinə götürüb. \\Axar.az