XƏBƏRDARLIQ EDİLDİ: 2 milyon dənizçini öldürən xəstəlik...
    • 5-11-2024, 16:24
    • 343

XƏBƏRDARLIQ EDİLDİ: 2 milyon dənizçini öldürən xəstəlik...

16-18-ci əsrlər arasında 2 milyon dənizçini öldürən sinqa xəstəliyi yenidən ortaya çıxıb. Alimlər xəstəliyin dünyanın ən az gözlənilən bölgələrində belə daha çox yayıla biləcəyi barədə xəbərdarlıq ediblər.

News24.az xəbər verir ki, C vitamini çatışmazlığından yaranan sinqa xəstəliyi Qərbdə, sənayeləşmiş ölkələrdə son illərə qədər nadir rastlanan xəstəlik idi.

Bunun əsas səbəbi, yüz illər əvvəl açıq sularda uzun müddət qalan dənizçilərə nisbətən qidalı qidalara və təzə meyvə və tərəvəzlərə çatmağın daha asan olmasıdır.

Bununla belə, yeni araşdırmalar göstərir ki, yaşayış xərclərinin yüksək olması “dənizçi xəstəliyi” kimi də tanınan sinqa xəstəliyinin sayının artmasına səbəb olub.

Qeyd edək ki, 51 yaşlı avstraliyalı kişinin xəstəxanaya yerləşdirilməsindən sonra xəstəlik yenidən gündəmə gəlib. Anemiya əlamətləri göstərən şəxsin sidiyində də qan aşkar edilib, lakin otoimmün xəstəlik, qan xəstəliyi və ya daxili qanaxma əlamətləri aşkar edilməyib.

Günel Məlikzadə