-
- 6-11-2024, 01:39
- 243
Ömrü uzadan məhsullar
Uzunömürlülük üzrə mütəxəssis Erli Yaşins insan ömrünü uzadan xeyirli məhsulların adını açıqlayıb.
İngiltərənin qida mütəxəssisləri qrupunun üzvü Erli Yaşins bildirib ki, bulaq suyunun gündəlik 1 L içilməsi insan ömrünü uzadır.
News24.az xəbər verir ki, alim qeyd edib ki, hər gün kök, bişmiş çüğündur, insan həyatını bir neçə il uzada bilər.
Bağırsaq mikroflorası üçün ən faydalı qidalardan biri duzlu kələmdir. O faydalı lif və bifidobakteriyalarla zəngindir.
O, həmçinin sarımsağın orqanzm üçün xeyirli olduğunu və ömrü uzatdığını qeyd edib.
Sarımsaq ürək sağlamlığı üçün faydalı olan vitamin və antioksidantlarla zəngindir. Güclü antioksidant olan sarımsaq, tərkibindəki aktiv maddə sayəsində damar tıxanmasının qarşısının alınmasında, qan təzyiqinin və qan yağlarının azalmasında mühüm rol oynar, xolesterin qan damarlarına zərər verməsinin qarşısını alır.
Ağa