-
- 6-11-2024, 01:51
- 325
I qan qrupu olanlar xərçəngə tutulmur?
Keçən illərdə aparılan bir araşdırma qan qrupunun ciddi xəstəliklərin inkişaf ehtimalını artırdığını iddia edib.
News24.az publika.az-a istinadla xəbər verir ki, Karolinska İnstitutunun bu mövzuda apardığı əvvəlki araşdırmalar A qan qrupu olan insanların mədə xərçənginə tutulma riskinin daha yüksək olduğunu müəyyən edib.
Onkoloq Aleksandr Rumyantsevin sözlərinə görə, qan qrupunun mədəaltı vəzi və mədə xərçəngi, ürək-damar xəstəlikləri və demans hallarına təsir göstərə biləcəyi iddiasının heç bir elmi əsası yoxdur.
Rumyantsev bütün bunları cəfəngiyyat adlandırıb. O, I qan qrupu olan insanların xərçəngə tutulmayacağını iddia edən araşdırmanı təkzib edib.
Həkim insanların çoxunun qan qrupunun I olduğunu və hələ də xərçəng xəstəliyinə tutulduğunu diqqətə çatdırıb.