-
- 6-11-2024, 09:28
- 551
Bakıda kirayə evlər BAHALAŞDI - VİDEO
COP29 ərəfəsində Bakının mərkəzində günlük kirayə evlər daha da bahalaşıb.
News24.az xəbər verir ki, günü 300 manat və daha baha qiymətə təklif edilən evlər var.
Maraqlı məqamlardan biri də budur ki, evini günlük kirayə verənlərin çoxu yerli yox, əcnəbi vətəndaşlara üstünlük verirlər. Hətta bu səbəbdən mənzilini kirayə vermək üçün gözləyənlər də var.
Əmlak məsələləri üzrə ekspertlərin fikrincə, günlük kirayə evlərin bahalaşmasının səbəbi COP29 tədbiri ilə əlaqədar tələbatın daha da artmasıdır.
Ekspert Nofəl Quliyev "Xəzər Xəbər"ə qeyd edib ki, günü 300 manat və daha çox olan kirayə mənzillər ağıllı sistemlə təchiz olunub.
Ekspertlər tədbir bitdikdən sonra - dekabr ayına doğru qiymətlərin yenidən stabilləşəcəyini proqnozlaşdırırlar.