Salyanda 4 qardaş DÖNƏRDƏN ZƏHƏRLƏNİB? - RƏSMİ
    • 6-11-2024, 10:15
    • 182

Salyanda 4 qardaş DÖNƏRDƏN ZƏHƏRLƏNİB? - RƏSMİ

News24.az bildirir ki, Salyan rayonunda baş vermiş hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb. 

Agentliyin müfəttişləri dərhal hadisə yerinə baxış keçirib, vəziyyəti nəzarətə götürülərək müvafiq araşdırmalar aparıblar. 

Salyan Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən, hər üç xəstəyə ilkin olaraq dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenterit və kolit, son diaqnoz olaraq qastroenterokolit diaqnozu qoyulub. Bununla da hadisənin qida zəhərlənməsi səbəbindən olmadığı müəyyən olunub.


***

Salyanda zəhərlənmə hadisəsi baş verib. 

News24.az xəbər verir ki, İnsanoid.com-un əldə etdiyi məlumata görə, hadisə rayonun Çuxanlı kəndində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Elxan Nəcəfov, qardaşları 2020-ci il təvəllüdlü Rüstəm Nəcəfov və 2023-cü il təvəllüdlü Elcan Nəcəfov evdə yedikləri dönərdən zəhərləniblər.

Onları dərhal xəstəxanaya yerləşdiriblər. Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.