-
- 6-11-2024, 11:24
- 285
Tramp qələbənin 4 addımlığında - Seçki nəticələri DƏQİQLƏŞİR
CNN-in hazırkı proqnozlarına əsasən, vitse-prezident Kamala Harrisin qələbəyə aparan yolu daralır.
News24.az CNN-ə istinadən xəbər verir ki, keçmiş prezident Donald Trampın 266 seçici səsi, Harrisin isə 188 seçici səsi var.
Bu o deməkdir ki, Trampın prezident seçkilərində qalib gəlməsi üçün yalnız dörd seçici səsini lazımdır.
Qeyd edək ki, CNN, Trampın Şimali Karolina, Corciya və daha çox mühüm yer tutan Pensilvaniya daxil olmaqla bir neçə əsas döyüş meydanında qalib gələcəyini proqnozlaşdırır.
Günel Məlikzadə