-
- 6-11-2024, 12:24
- 257
İsraildə böyük böhran: İnsanlar küçələrə töküldü
İsraildə müdafiə nazirinin işdən çıxarılması kütləvi etirazlara səbəb olub. İsrailin keçmiş baş naziri Naftali Benet ölkə rəhbərliyini “dəli və xəstə” adlandırıb.
News24.az xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahunun müdafiə naziri Yoav Gallantı vəzifəsindən azad etməsi və xarici işlər naziri Yisrael Katzı təyin etməsi ölkədə etirazla qarşılanıb.
Qərardan sonra ictimaiyyət Ayalon şossesi kimi məntəqələrdə genişmiqyaslı etiraz aksiyaları təşkil edib. İsrail polisi aksiyaların ictimai asayişi pozduğunu bildirib və qanuna zidd hərəkətlərə müdaxilə edəcəklərini açıqlayıb.
"Hazırda nəqliyyatın bağlandığı və ictimai asayişin pozulduğu Ayalon şossesində nizamsız davranışla üzləşirik. Qanuni etiraz hüququna hörmətlə yanaşsaq da, ictimai təhlükəsizliyə təhlükə yaradan və ya qanunu pozan hər hansı hərəkətə dözməyəcəyik", - İsrail polisinin məlumatında deyilir.
İsrailin keçmiş baş naziri Naftali Bennet ölkə administrasiyasını “dövlət və onun əsgərlərinə qarşı işləyən çılğın və xəstə administrasiya” kimi xarakterizə edib.
İsrailin keçmiş müdafiə naziri Yoav Gallant işdən çıxarılmasına səbəb kimi baş nazir Benyamin Netanyahu ilə üç məsələdə fikir ayrılığı olduğunu bildirib.
Gallant qeyd edib ki, onunla Netanyahu arasında üçüncü mübahisəli məsələ 7 oktyabr 2023-cü il hadisələrində hərbi və kəşfiyyat uğursuzluqları ilə bağlı rəsmi istintaq komitəsinin yaradılmasında israrlı olmasıdır.
Aynurə