-
- 6-11-2024, 13:54
- 290
Tramp bu ştatda səslərin hamısını qazandı
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Pensilvaniya ştatında demokrat rəqibi Kamala Harrisi məğlub edib.
News24.az xəbər verir ki, məlumata görə, Tramp Pensilvaniya ştatının 19 seçici səsini qazanıb.
Müvafiq olaraq, Respublikaçı namizəd Tramp Pensilvaniya yarışında qalib gəlib və 19 ştat nümayəndəsinin hamısını qazanıb.
ABŞ-da Seçicilər Kollegiyasının 538 səsi var və bu səslər ştatlar arasında əhaliyə nisbətdə bölüşdürülür.
Xatırladq ki, noyabrın 5-də ABŞ-da 60-cı prezident seçkiləri başlayıb. Respublikaçı namizəd Donald Tramp və Demokratlar Partiyasından Kamala Harris dövlət başçısı postu uğrunda mübarizə aparır.
ABŞ prezident seçkilərinin qalibi tələb olunan səs çoxluğunu (270 və ya daha çox) toplayan namizəddir.
ABŞ-ın yeni seçilmiş prezidenti 2025-ci il yanvarın 20-də and içəcək.
Aynurə