Bananın zərərləri - Bu insanlara yemək qəti qadağandır
    • 6-11-2024, 15:40
    • 235

Bananın zərərləri - Bu insanlara yemək qəti qadağandır

Banan ümumi olaraq zərərsiz bir meyvədir. Amma bəzi məqamlar var ki, onlara diqqət etməliyik. İlk olaraq digər tropik meyvələr kimi, bananı 4 yaşına qədər uşaqlara vermək məsləhət görülmür. Yaşlı insanlarda qida (banan) tez həzm olunur, lakin uşaqlarda alergik reaksiyaya səbəb ola bilər.

Banan bədən çəkisi (kalorisi) yüksək olan insanlar üçün çox zərərlidir. Bu, o demək deyil ki, banan yemək olmaz. Sadəcə olaraq, həkim məsləhətindən sonra banan yemək məsləhətdir. Qan təzyiqi yüksək, ürəyi xəstə olanlara banan yemək məsləhət görülmür. Bu, onunla əlaqədardır ki, banan orqanizmdən mayeni çıxararaq, qanın laxtalanmasına səbəb ola və nəticədə vəziyyəti ağırlaşdıra bilər. Eyni zamanda, infarkt, ürəyin işemik xəstəliyi və tromboflebit zamanı da banan yemək məsləhət görülmür. Bəzən isə banan qarında köpə də səbəb olur.

Qəbizlik

Həddindən artıq yeyilən banan qəbizlik yarada bilir. Xüsusilə, pəhriz saxlayan və idmanla məşğul olan insanlar bu meyvənin qəbulunda ehtiyatlı olmalıdır.

Alergiya

Banan yedikdən sonra xususən uşaqlarda ürək bulanma və ya dəridə qızartı görülsə, alergiyanız ola bilər. Həkimə gedərək, alergiyanızın olub-olmadığını öyrənə bilərsiniz.

Diabet

Tərkibində bol miqdarda şəkər olan bu meyvə, diabet xəstələrin yeməsi məsləhət görülməyən qidalardandır.

Çəkini artırır

Banan xəmir yeməkləri ilə eyni kaloriyə malikdir. Buna görə də, həddindən artıq banan yemək kökəlməyə səbəb olur.

Banan sağlamlıq üçün çox ziyanlı deyil. Sadəcə, digər meyvələr kimi, bananı da həddən artıq qəbul etmək olmaz. Mütəxəssislərin fikrinə görə, gün ərzində 1 banan qəbul etmək daha uyğun sayılır. Çünki daha artıq banan qəbulu müəyyən problemlərə səbəb olur.

News24.az