-
- 7-11-2024, 01:51
- 8 059
Bu uşaqlara 6 min manat veriləcək - Deputatdan ŞAD XƏBƏR
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi qəbul olunub.
Dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş insanların işə daxil olarakən alacaqları məbləğdə artım olacaq.
Qeyd olunan məbləğ bu qəbildən olan vətəndaşlara yalnız bir dəfəmi veriləcək? Vəsait hansı məqsədlər üçün nəzərdə tutulur?
Qanun layihəsinin mahiyyəti ilə bağlı TNS-in sualını Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev cavablandırıb.
Deputat bildirib ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliyə görə, bu kateqoriyadan olan uşaqlara yalnız birinci dəfə işə girərkən (red: hər dəfə işə daxil olarkən deyil) 6000 min manat məbləğində müavinət veriləcək: “Valideyn himayəsindən məhrum olanlar, əgər kirayə ev tutacaqlarsa, yaxud işə uyğun olaraq özlərinə geyim alacaqlarsa, onlara vəsait lazım olacaq. Eləcə də, ilk maaş alana kimi dolanışıqlarını təmin etmək və lazım olan əşyaları almaq üçün bu məbləğ nəzərdə tutulur. Bu, onlara böyük bir dəstəkdir. Çünki valideyn himayəsindən məhrum olmuş uşaqların bir qismi dövlət müəssisələrində yaşayır. 18 yaşından sonra isə onlar həmin müəssisəni tərk edirlər. İşə başlayana kimi onların mənzil-məişət problemlərinin həlli üçün vəsait lazımdır”.
Musa Quliyev bildirib ki, indiyə qədər bu məbləğ orta aylıq əməkhaqqının 3 misli qədər nəzərdə tutulurdusa, hazırda 6 min manata qədər artırılır: “Hər il ilk dəfə işə girəcək olan uşaqlara bu məbləğ veriləcək. Vəsait vaxtaşırı indeksasiya olunub artırılacaq”.