-
- 6-11-2024, 16:09
- 799
Binalara istiliyin verilmə tarixi dəyişə bilər - RƏSMİ
Azərbaycanda yaşayış və məktəb binalarına istilik 15 noyabr tarixindən verilir. İqlim dəyişikliyi, soyuq havaların vaxtından tez müşahidə olunması bu tarixin dəyişməsinə zəmin yaradır.
News24.az bildirir ki, mövzu ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq “Azəristiliktəchizat” ASC-dən bildirilib ki, 5 sentyabr 2023-cü il tarixində Nazirlər Kabineti tərəfindən “İstilik enerjisindən istifadə qaydaları”ı təsdiq edilib.
"Bu sənədə əsasən hər il noyabırın 1-də Azərbaycanın 14 dağlıq və dağətəyi rayonlarında istilik mövsümü başlayır. 15 noyabrda isə bütün ölkə üzrə istiliyin təmin olunması işi başlayır. Əgər hava şəraiti bu tarixdən əvvəl kəskinləşər, fövqəladə soyuqlar olarsa, qazanxanaların vaxtından əvvəl işə salınmasına baxıla bilər", - açıqlamada qeyd olunub.