-
- 6-11-2024, 18:23
- 251
Zəncəfilin xeyri nədir?
Zəncəfil əlavə olunmuş qidaların və zəncəfil çayının istehlakı beyinin aktivliyini artır və yaddaşı daha möhkəm edir.
Tailand alimləri yeni araşdırma zamanı sübut ediblər ki, zəncəfil beyinin əsas funksiyalarını xeyli yaxşılaşdırır.
Araşdırmada 60 orta yaşlı qadın iştirak edib. Qadınlar 2 qrupa bölünüb. Zəncəfil ekstraktını qəbul edən qadınlarda yaddaşın yaxşılaşması qeyd olunub.
Alimlərin sözlərinə görə, zəncəfil beyinin qocalmasını ləngidir, beyin hüceyrələrini (neyronlar) qoruyur. Həmçinin zəncəfil baş ağrıları zamanı kömək edir.
Mütəxəssislər zəncəfili xüsusilə imtahanlara hazırlaşanlara və əqli fəaliyyəti ilə məşğul olanlara istehlak etməyi tövsiyə edirlər. Zəncəfili yeməklərə əlavə etmək və çay kimi dəmləmək olar.
Zəncəfilin bir çox digər faydalı xüsusiyyətləri də vardır:
- immun sistemini möhkəmləndirir
- həzm sisteminə müsbət təsir edir
- orqanizmdə iltihabları azaldır
- mikrob və virus əleyhinə təsirə malikdir
- maddələr mübadiləsi proseslərini yaxşılaşdırır
- arıqlamağa kömək edir.