-
- 7-11-2024, 11:36
- 156
"TikTok" bu ölkədə qadağan edildi
"TikTok" Kanadada kommersiya fəaliyyəti həyata keçirə bilməyəcək.
News24.az xəbər verir ki, hökumət rəsmiləri "təhlükəsizlik risklərini" əsas gətirərək şirkətin fəaliyyətini qadağan edib və iki ofisinin bağlanacağını açıqlayıb.
Kanadanın İnnovasiya, Elm və Sənaye naziri Fransua-Filip Şampan, Çin sosial media platforması "TikTok" ilə bağlı açıqlama verib.
Rəsmi açıqlama zamanı “təhlükəsizlik risklərini” əsas gətirən nazir Şampan "TikTok"-un kommersiya fəaliyyətinin qadağan ediləcəyini, həmçinin Toronto və Vankuverdəki ofislərinin bağlanacağını bildirib.
Məryəm İlhamqızı