Ərini qohumu ilə yaxaladı- Həyatının şokunu yaşadı
    • 7-11-2024, 11:33
    • 517

Ərini qohumu ilə yaxaladı- Həyatının şokunu yaşadı

15 illik evliliyində böyük şok yaşayan 39 yaşlı qadın sosial media platforması "Reddit"də yaşadığı travmatik hadisədən danışıb.

News24.az xəbər verir ki, iki uşaq anası xoşbəxt ailə olduğunu düşündüyü halda, bir gecə yaşadığı hadisə ilə həyatını alt-üst etdiyini bildirib. Qadın 42 yaşlı ərini həmişə sadiq və etibarlı insan kimi tanıdığını bildirib.

Hadisə ərinin "sevimli əmisi qızı" kimi tanınan 36 yaşlı qadın onların evində qonaq olarkən baş verib. Gecə oyanan qadın görə bilmədiyi ərini axtarmaq üçün aşağı enib. İlk olaraq mətbəxə yollanan qadın qonaq otağından gələn səsləri eşidib otağa daxil olanda şoka düşüb.

Qadın qonaq otağına daxil olanda ərini əmisi oğlu ilə çılpaq halda yaxalayıb. Gördüklərindən donub qalan qadın 15 illik evliliyinin yalan olub-olmadığını şübhə altına almağa başlayıb.

Hadisənin ən diqqət çəkən tərəfi isə əri ilə əmisi qızının uşaqlıqdan “çox yaxın” olmaları ilə bağlı məlumat olub. Məlum olub ki, ailə üzvlərinin də tanıdığı bu yaxınlıq indi tamam başqa məna kəsb edib.

Aldığı travmanı sosial şəbəkədə paylaşan qadına istifadəçilərdən dəstək mesajları gəlib. Bir çox insan dərhal boşanma vəkilinə müraciət etməli olduğunu desə də, bəziləri bu münasibətin uşaqlıqdan davam edə biləcəyini şərh edib.

Qalmaqallı hadisədən sonra nə əri, nə də əmisi qızı baş verənlərlə bağlı bir söz deməyib. Evdəki gərgin atmosferdən boğulan qadın həyatının ən çətin dövrünü yaşadığını və nə edəcəyini bilmədiyini bildirib.

Aynurə