-
- 7-11-2024, 16:00
- 287
Qida borusu xərçənginin ƏLAMƏTLƏRİ
Onkoloq Denis Romanov bildirib ki, qida borusu xərçənginin əsas əlaməti ondan keçən qida prosesinin pozulmasıdır.
News24.az Medianews.az-a istinadən xəbər verir ki, Romanov diqqət çəkib ki, qida borusu xərçənginin, əsas simptomu – qidanın keçməsi ilə bağlı çətinliklər olmadan var olması mümkün deyil.
Ancaq şiş yemək borusunun lümenində deyil, divarın və yemək borusunu əhatə edən yağ toxumasının dərinliklərində böyüyərsə, xəstəliyə xas olmayan simptomlar: tüpürcək ifrazının artması, sinədə narahatlıq və ya ağrı hissi, hıçqırıqlar, öskürək, səsin dəyişməsi, anemiya əlamətləri (dərinin solğunluğu, yorğunluq) yarana bilər.
“Qida borusu xərçəngi tez-tez rast gəlinmir, lakin müalicəsi çətindir. Ona görə də mən onun skrininqinin, yəni bir neçə ildən bir kameradan istifadə edərək qida borusu, mədə, onikibarmaq bağırsağın müayinəsinin aparılmasının tərəfdarıyam”, – deyə həkim əlavə edib.