-
- 7-11-2024, 23:34
- 289
Dövlət yardımı ilə yaşayan qadının çamadanından külli miqdarda qızıl tapıldı
Bu yaxınlarda İrandan Almaniyaya gedən 33 yaşlı qadın Hamburq hava limanında gömrük nəzarəti zamanı maraqlı şəkildə yaxalanıb.
News24.az xəbər verir ki, İtzehoe baş gömrük idarəsindən verilən açıqlamaya görə, qadının yükündən 15 min avro dəyərində 18 ədəd qızıl tapılıb.
Almaniyada dövlət yardımı olan “Bürgergeld” (vətəndaşlıq pulu) alan qadın qızılları məmurlara bəyan etmədən gömrükdən keçməyə çalışsa da, 3400 avro idxal vergisi ödəməli olacaq. Digər tərəfdən qadın zinət əşyalarından 6 ədədinin rəfiqəsinə aid olduğunu iddia edib.
Hadisədən sonra açıqlama verən gömrük sözçüsü Maurice Douce, qadının bilərəkdən yalan məlumat verməsinin və ya bundan xəbərsiz olub-olmamasının, belə bir vəziyyətlə qarşılaşmasının aydın olmadığını bildirib. Douce, idxal vergilərini yerində ödəyə bilmədiyi üçün qadından qızıl zinət əşyalarını müsadirə etdiklərini və hazırda vergidən yayınma faktı ilə bağlı istintaq açıldığını da izah edib.
Məryəm İlhamqızı