"Apple" şirkəti ağıllı band icad etdi
    • 8-11-2024, 20:27
    • 200

"Apple" şirkəti ağıllı band icad etdi

"Apple" bir sıra həyati əlamətləri ölçə bilən ağıllı saat lentini patentləşdirib. 

News24.az Milli.Az-a istinadən xəbər verir ki, patent ABŞ Patent və Ticarət Nişanları İdarəsində (USPTO) qeydiyyata alınıb. 

Təsvirdə deyilir ki, çevik ağıllı saat kəməri müxtəlif sağlamlıq göstəricilərini ölçən qadcet kimi istifadə edilə bilər. O cümlədən, aksesuar istifadəçinin tənəffüs dərəcəsi, təzyiqi və EKQ haqqında məlumat toplamağa imkan verir.

Mühəndislər elastik kəmərlərlə sensorların quraşdırılmasını təklif ediblər. Onlardan alınan məlumatlar naqilsiz şəkildə cihaza - məsələn, ağıllı saata ötürülə bilərdi. İxtiranın təsvirində həmçinin bildirilir ki, bu cür sensorlar Vision Pro qarışıq reallıq dəbilqəsinin başında saxlanılan lentin içərisinə yerləşdirilə bilər.

Şirkət hesab edir ki, elastik materiallarda quraşdırılmış sensorlar geyimdə, o cümlədən papaqlarda, əlcəklərdə və digər qarderob əşyalarında da istifadə oluna bilər.

Potensial olaraq, belə bir kəmər simsiz şarj edilə bilər. "Apple" mühəndislərinin fikrincə, bu, qadcetdən istifadəni sadələşdirəcək.

Qeyd edək ki, noyabrın əvvəlində "Bloomberg" mənbələri bildirib ki, "Apple" ağıllı üzük hazırlamaq layihəsini dayandırıb. Şirkət hesab edir ki, ağıllı üzüklərin buraxılması "Apple Watch"ın satışına mane olacaq.