Dünyanın ən zərərli qidası açıqlandı: Yemək və suplara qatılır
    • 8-11-2024, 21:05
    • 5 274

Dünyanın ən zərərli qidası açıqlandı: Yemək və suplara qatılır

Sağlam qidalanma və nizamlı həyatla bağlı yeni araşdırma yeməklərdə və şorbada tez-tez istifadə edilən bir qidanın sağlamlıq üçün təhlükəli olduğunu üzə çıxarıb.

News24.az Ölkə.Az-a istinadla xəbər verir ki, praktikliyinə görə geniş istifadə edilən və yeməklərin əsas tərkib hissələrindən biri olan bulyonun ən zərərli qida olduğu müəyyən edilib.

Ət, toyuq və ya tərəvəz qarışımlı bulyonlar yeməklərə təkcə ləzzət yox, həm də duz qatır. Bulyonun istifadəsi tövsiyə olunan gündəlik duz dozasını aşmaqla yanaşı, ürək-damar sağlamlığına ciddi mənada mənfi təsir göstərir. 

Yüksək təzyiqin ən böyük səbəbi hesab edilən duz qidalarda da ciddi risklər yaradır. Bulyonlar 50% duzdan hazırlanır ki, bu da demək olar, bir çay qaşığına bərabərdir.

Digər tərəfdən, bulyonların istifadəsində yeganə təhlükə duz deyil. Selenium və mis də daxil olmaqla minerallar və vitaminlər çox azdır. Bəzi növlərdə dad artırıcı formula olan MSG (monosodium glutamat) da istifadə olunur. MSG və ya Çin duzu, sağlamlıq təsirlərinə görə insanların çoxunun qaçınması lazım olan ümumi bir ləzzət artırıcıdır.

MSG istifadəsi bəzi insanlarda həssaslıq yarada bilər. Məsələn, başgicəllənmə, nəfəs almaqda çətinlik çəkmək, halsızlıq və s. bu əlamətlər arasındadır.

MSG eyni zamanda insanların sinir sisteminə təsir edərək, irəliləyən dövrlərdə parkinson, altseymer kimi neyrodegenerativ xəstəliklərin üzə çıxmasına səbəb ola bilər.

Bəzi bulyonlarda süni daalandırıcılar, rəngləndiricilər və konservantlar kimi əlavələr ola bilər.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həmçinin təxminən 5 milyard insanın bu qidaya görə risk altında olduğunu bildirib.