Bakıda QƏZA - 9 nəfər xəstəxanalıq oldu
    • 8-11-2024, 11:53
    • 1 754

Bakıda QƏZA - 9 nəfər xəstəxanalıq oldu

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün günorta saatlarında qeydə alınıb.

Belə ki, Mərdəkan-Qala şossesində 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub. Nəticədə 9 nəfər xəsarət alaraq, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, yaralı şəxslərdən ikisinin - Fatimə Qasımova və Əlfəddin Əlhüseynovun vəziyyəti ağırdır.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.