Xeyli sayda yük maşınının iştirakı ilə qəza baş verdi
    • 8-11-2024, 20:11
    • 315

Xeyli sayda yük maşınının iştirakı ilə qəza baş verdi

Kemerovo vilayətində R-255 Sibir şossesində böyük qəza baş verib, yolda hərəkət etmək mümkün olmayıb. 

News24.az xəbər verir ki, bu barədə “Kuzbass Dövlət Yol Müfəttişliyi” Telegram kanalında məlumat verilib.

“Hadisə nəticəsində 15 yük maşını və 3 minik avtomobili toqquşub, 1 nəfər xəsarət alıb. Hazırda yol-nəqliyyat hadisəsinin bütün şəraiti aydınlaşdırılır”, - deyə DYP-nin açıqlamasında bildirilib.

“AST-54 Black” Telegram kanalı tərəfindən yayımlanan qəzanın nəticələrini əks etdirən fotodan görünüb ki, eniş zamanı bir neçə yük maşını bir-birinə sürtünərək yolu tamamilə bağlayıb. Ağır yük maşınlarından biri yoldan çıxaraq sahilə keçib.

Məryəm İlhamqızı