-
- Bu gün, 00:30
- 156
Ruslar əsgərlərinə it əti yedizdirir
Ruslar cəbhədə Şimali Koreyadan gətirilən konservləşdirilmiş it əti ilə qidalanırlar.
News24.az xəbər verir ki, Qərb mətbuatının yaydığı məlumata görə, Şimali Koreya it əti konservləri istehsal edir. Bu cür məhsullar KXDR-də zülal mənbəyi, xüsusən də ordunun qida rasionunun ayrılmas hissəsi kimi istifadə olunur. Bu cür konservlərin hazırda Rusiya əsgərləri ilə birlikdə Ukraynaya qarşı döyüşən Şimali Koreya hərbçilərinə göndərilməsi barədə də məlumatlar var.
"Rus əsgərləri artıq it ətinə "qonaq ediliblər". Bu, bəzi işğalçılar arasında mənfi reaksiyaya səbəb oldu" - deyə BİLD nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, hazırda Rusiya əsgərlərinin Şimali Koreyadan gətirilmiş konserv yeməkləri ilə bağlı çəkdikləri videolar sosial şəbəkələrdə surətlə yayılır. Konservlərin üstünə Koreya dilində "İt əti Nureonggi" yazılıb: "Nureonq Koreya sarı şpitsi kimi də tanınan xüsusi it cinsidir. Koreyalılar onları yemək üçün yetişdirirlər. Konservləşdirilmiş qidanın üzərində də qeyd edilib ki, "Bu məhsul yalnız KXDR ordusu üçündür". (azvision)