İkardı ağır zədə aldı
    • 8-11-2024, 14:40
    • 285

İkardı ağır zədə aldı

"Qalatasaray"ın hücumçusu Mauro İkardi ağır zədə alıb. 

News24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda "Tottenhem"ə qarşı (3:2) matçda çarpaz diz bağlarını qırıb və menisk zədəsi alıb. 31 yaşlı argentinalı futbolçu əməliyyat olunacaq. Onun cari mövsümün sonuna qədər meydana çıxmayacağı bildirilir.

Qeyd edək ki, M.İkardi 2023-cü ilin yayında PSJ-dən "Qalatasaray"a transfer edilib. Ön xətt oyunçusu bu mövsüm meydana çıxdığı 14 matçda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

Ağa