-
- 8-11-2024, 23:33
- 351
Mourinyo cəzalandırıldı
"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo Türkiyə Futbol Federasiyası tərəfindən cəzalandırılıb.
News24.az xəbər verir ki, bu barədə TFF-nin mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı mütəxəssisin cəzalandırılmasına səbəb onun Superliqanın 11-ci turunda "Trabzonspor"la matçdan sonra azarkeşlərə jestlər etməsi və hakimlərlə əlaqədar sərt ifadələr səsləndirməsidir.
TFF-nin İntizam Komitəsi məşqçini 1 oyunluq diskvalifikasiya edib.
Həmçinin Mourinyo 958 min türk lirəsi məbləğində cərimələnib.
Qeyd edək ki, bu oyunda İstanbul təmsilçisi 3:2 hesablı qələbə qazanıb.