“Fəridi bağışlamaq üçün psixoloji yardımlar aldım”
    • 8-11-2024, 18:00
    • 363

“Fəridi bağışlamaq üçün psixoloji yardımlar aldım”

İnfluenser Nagehan Abdullayeva növbəti dəfə həyat yoldaşı Fərid abdullayevlə küsülü olduğu vaxtlardan danışıb. 

News24.az xəbər verir ki, Nagehan şəxsi həyatı ilə bağlı “Azxeber.com” informasiya portalını “Gəl danış” rubrikasında açıqlama verib.  O, “Qadın xəyanəti nə zaman bağışlayır” sualına maraqlı cavab verib:

“Bu o qədər çətin bir sualdır ki, Aysel. Çünki o dönəm çox ağır şeylər yaşadıq. İnciyirsən, qırılırsan, nə hiss etdiyini bilmirsən. Duyğularla, beyin bir-biri ilə savaşır. Mən heç vaxt ağılla hərəkət edən insan olmamışım, hər zaman duyğusal tərəfim ön planda olub. Bu arada, bu ayrılıq qarşılıqlı idi. Fərid də istəmirdi, mən də. Ancaq uşaqlarla münasibət saxlayırdı. Biz həmişə demişik ki, bizim aramızdakı soyuq münasibət uşaqlara yansımasın. Onların yanında düşmən də olsaq, üzümüz gülməlidir. Mən bu dönəmi professional yardım alaraq keçirmişəm. Onlar mənə bağışlamağı öyrətdilər. Bəlkə də bağışlamağım ona görə belə asan oldu. Belə dönəmlərdə psixoloji dəstək almaq çox önəmlidir.  Ailədə kişi ilə qadın hər ikisi işləyəndə şəxsi münasibətlər soyuyur. Bir an ayılırsanki ailənin içində sevgisiz, diqqətsiz qalmısan. Bizdə də belə oldu. Mən işə və uşaqlarıma çox vaxt ayırırdım. Fərid də öz işində, gücündə. Ortaq nöqtəmiz sadəcə uşaqlar idi. Elə bir hala gəlmişdik ki, həyat yoldaşı olduğumuzu unutmuşduq. Bunu bilərək eləmirsən. Sadəcə olaraq mən işləməyi çox sevirəm. Boş duranda sıxılıram”.