-
- 9-11-2024, 11:01
- 318
Bu gün Dövlət Bayrağı Günüdür
“Torpağım üstünə kölgələr salan
Mənim varlığımın cilası-bayraq”. (Bəxtiyar Vahabzadə)
Həyatda heç nə mübarizəsiz əldə edilmir. Bəzən ən kiçik uğuru qazanmaq üçün belə, qurbanlar verməli oluruq.
Azərbaycan xalqı tarix boyu sınanmış və hər zaman bu sınaqlardan mübariz, qalib çıxmışdır. Müstəqilliyi qazanmaq kimi onu saxlamaq da çox çətindir. Azərbaycan həmişə müstəqilliyi, ərazi bütövlüyü uğrunda vuruşmuşdur.
Müstəqilliyə ilk addımlarımızı Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ilə atmışıq. Azərbaycan Xalq Cümhuriyyətinin ən gözəl mirasından biri üç rəngli, müstəqilliyimizin simvolu olan bayrağımızdır. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Bu hökumətin ilk bayrağı 24 iyun 1918-ci ildə qəbul olundu. Azərbaycanın dövlət bayrağı qırmızı fonda ağ aypara və səkkizguşəli ulduzun təsvir edildiyi qırmızı parça idi idi. O, noyabrın 9-u ağ aypara və səkkizguşəli ulduzun təsvir olunduğu mavi, qırmızı və yaşıl rəngli bayraqla əvəz edildi. Üç rəngin ifadə etdiyi ideyalar - “Türklük, islamçılıq müasirli”yin müəllifi böyük mütəfəkkir Əli bəy Hüseynzadədir. 2009-cu ildən isə 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur. Şairimiz Cəfər Cabbarlının məşhur misraları yadıma düşdü:
“Buraxın, seyr edəyim, düşünəyim, oxşayayım,
Şu sevimli, 3 boyalı, 3 mənalı bayrağı!”
Bu gün respublikanın bütün şəhər və rayonlarında olduğu kimi, Qarabağda da, işğaldan azad etdiyimiz torpaqlarda da bayrağımız dalğalanır.
Biz bayrağımız, vətənimiz, əsgərlərimizlə qürur duyuruq və duyacağıq!
Günel Məlikzadə
News24.az