-
- 9-11-2024, 12:36
- 393
İlk dəfə xəstəyə eyni anda ürək və qaraciyər köçürülüb
İtaliyada ilk dəfə xəstəyə eyni anda ürək və qaraciyər köçürülüb.
News24.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb. Bildirilib ki, Turinin Molinette xəstəxanasında əvvəllər bir neçə dəfə ürək əməliyyatı keçirmiş xəstənin 38 yaşı var.
İtaliya tibb mənbələrinin məlumatına görə, belə hadisə ABŞ-da qeydə alınsa da, İtaliya və Avropada bir ilkdir.
Məlumatda qeyd olunub ki, Romadan olan xəstə, Piedmont regional mərkəzi ilə birlikdə Milli Transplantasiya Mərkəzi tərəfindən təcili transplantasiya üçün gözləmə siyahısında olub. Azərtac