AYNA yeni elektrik mühərrikli avtobuslara limit qoydu
    • 9-11-2024, 13:46
    • 143

AYNA yeni elektrik mühərrikli avtobuslara limit qoydu

"Çinin BYD şirkəti ilə əməkdaşlıq çərçivəsində alınan elektrik mühərrikli avtobuslara sürət limiti qoyulub".

News24.az oxu.az-a istinadən xəbər verir ki, bunu bu gün jurnalistlər üçün təşkil olunan mediatur zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.

O qeyd edib ki, təhlükəsizlik məqsədilə yeni avtobuslarda maksimum sürət limiti 50 km/saat təyin olunub.

"Bu avtobuslar COP29 tədbiri çərçivəsində yalnız tədbir iştirakçılarını müəyyən olunan məntəqələrdən tədbirə və geri daşıyacaqlar. Tədbirdən sonra isə bu avtobuslar ictimai nəqliyyatda istifadə üçün müntəzəm xətlərə buraxılacaq", - deyə T.Orucov vurğulayıb.