-
- 10-11-2024, 03:30
- 20 781
Kimlər hərbi xidmətdən azad ediləcək? - AÇIQLAMA
Yüksək intellektə malik istedadlı çağırışçılar, 600-dən çox bal toplamış abituriyentlər hərbi xidməti Milli Müdafiə Universitetində çəkəcəklər.
News24.az xəbər verir ki, mövzu ilə bağlı big.az-a açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, indi elə bir zaman gəlib ki, süni intellekt və robot texnologiyaları orduların döyüş qabiliyyətinin artırılmasında mühüm bir həlqəyə çevrilib:
“Bütün bunların idarə olunması üçün yüksək biliklərə, intellektə malik hərbi qulluqçular lazımdır. Buna görə də yeni yaradılan intellektual qabiliyyətli bölmələrdə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanından 600 və yuxarı bal toplamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və Respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın şərtlərinə uyğun olan qaliblər, həmçinin cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçılar xidmət edəcəklər.
Göstərilən kateqoriya üzrə müddətli həqiqi hərbi xidmətə çağırılmış gənclərdən informasiya texnologiyaları sahəsində müvafiq ixtisasa sahib olanlar Orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına əhəmiyyətli töhfə verəcəkdir”.