Moskvada partlayış: yaralılar var
Dünya
Rusiyanın paytaxtı Moskvada yaşayış binalarından birində partlayış olub.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.
Məlumata görə, Karelski bulvarındakı mənzildə 20 kvadratmetr sahədə baş vermiş yanğın xilasetmə qüvvələri tərəfindən söndürülüb. Partlayış nəticəsində 7 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.