Prezident ŞAD XƏBƏR VERDİ: COP-dan sonra...
    • 10-11-2024, 11:40
    • 4 059

Prezident ŞAD XƏBƏR VERDİ: COP-dan sonra...


Azərbaycanla Ermənistan sülh müqaviləsinin mətni üzrə yekun razılaşma əldə etməyə yaxındırlar.

News24.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltz ilə telefon danışığı zamanı deyib.

Dövlət başçısı Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi və onun əsasını təşkil edən prinsiplərin təşəbbüskarının Azərbaycan olduğunu deyərək, Ermənistanın konstitusional əsasda ölkəmizə qarşı ərazi iddialarının hələ də qalmaqda olduğunu bildirib.

Dövlətimizin başçısı Ermənistanın sənədin mətni üzrə təkliflərini xeyli gecikdirməsinin prosesə mənfi təsir etdiyini xatırladıb, amma buna baxmayaraq, tərəflərin sənədin mətni üzrə yekun razılaşma əldə etməyə yaxın olduğunu və COP başa çatdıqdan sonra danışıqların davam etdiriləcəyini vurğulayıb.