-
- 10-11-2024, 14:42
- 322
Tanınmış jurnalist boğularaq öldü
Müğənni Şamanın (əsl adı Yaroslav Dronov) mətbuat katibi Anton Korobkov-Zemlyanski Moskvada dünyasını dəyişib.
News24.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə Baza "Telegram" kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, 40 yaşlı jurnalist noyabrın 9-da axşam saatlarında dünyasını dəyişib. O, həyat yoldaşı ilə evdə olarkən qəfildən boğulmağa başlayıb. Arvad təcili yardım çağırsa da, gələn həkimlər onu xilas edə bilməyiblər.
Korobkov-Zemlyanskinin ölümü ilə bağlı məlumatı Dronovun direktoru Aleksandr Kaçan da təsdiqləyib.
Şamanla əməkdaşlıq etməzdən əvvəl Korobkov-Zemlyanski Filip Kirkorovun mətbuat katibi və Avropa media qrupunun kommunikasiyalar üzrə direktoru olub.