Ölülər dünyasına aparan TUNEL - FOTOLAR
    • 10-11-2024, 15:45
    • 1 227

Ölülər dünyasına aparan TUNEL - FOTOLAR


Meksikanın cənubundakı Mitla ərazisində arxeoloqlar hinduların ölülər dünyasına keçid olaraq istifadə etdiyi tunellər şəbəkəsini aşkar ediblər.

Bu barədə arxeoloq Marko Viqaton məlumat paylaşıb.

Onun sözlərinə görə, tunellərin uzunluğu haqqında hələlik dəqiq fikir yürütmək çətin olsa da, bu istiqamətdə araşdırmalar davam edir

Məlumatlara görə, Meksika Milli Antropologiya və Tarix İnstitutunun əməkdaşları 2023-cü ildə San-Pablo-Apostol kilsəsinin ərazisində işlərə başlayıblar. Kilsənin təməli altındakı torpağın tədqiqat nəticələri geoloqları təəccübləndirib.

Qazıntılar zamanı arxeoloqlar binanın hüdudlarından kənara uzanan tunellər şəbəkəsi aşkar ediblər. Bəzi yerlərdə tunellərin dərinliyi 30 metrə çatıb.

Buna qədər İsrail Universiteti və Tacikistan Milli Elmlər Akademiyasının arxeoloqları Soyi Xavzak bölgəsində qədim insanların məskənini aşkar ediblər. Onlar yaşı on minlərlə əvvələ aid olan daş alətlər, heyvan sümükləri və qədim bitki qalıqları tapıblar.//Baku.ws