Türk qadını təhqir olundu, minlərlə insan ayağa qalxdı - Kütləvi dava - FOTO-VİDEO
    • 29-06-2019, 23:05
    • 869

Türk qadını təhqir olundu, minlərlə insan ayağa qalxdı - Kütləvi dava - FOTO-VİDEO

Qazaxıstanın Tengiz şəhərindəki zavodun 1000-ə yaxın işçisi təhqiramiz fotoya görə tətil ediblər.

News24.az-ln "RİA Novosti"yə istinadən xəbərinə görə, liviyalı Əli Davud Qazaxıstanlı həmkarı ilə olan fotosunu yayıb. Fotoda onun əlində radio qurğusu var. O, qurğunu əlində arxadakı qızın dodaqları səviyyəsidə saxlayıb.

Sputnik Kazakhstan-ın xəbərinə görə, bu foto kütləvi etiraza səbəb olub. Bunu təhqiramiz hərəkət hesab edən qazaxlar kütləvi şəkildə hücum edərək ərəb həmkarlarını döyməyə başlayıblar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Energetika nazirinin birinci müavini Muxambet Dosmuxambetov gəlib. Ərəblər zavoddan evakuasiya ediliblər. Qəzəblənən kütlə avtobusu daşa basıb.  Qalmaqallı fotonu yayan şəxs isə videomüraciət yayaraq, Qazaxıstan xalqından üzr istəyib. O, sadəcə, həmkarının şəklini çəkdiyini, heç kimi təhqir etmək fikrinə olmadığını bildirib.