-
- 10-11-2024, 21:25
- 245
Azərbaycan ada dövlətlərinə maliyyə dəstəyi verir - Əliyev
COP29-da kiçik ada dövlətləri ilə əlaqədar ayrıca Zirvə toplantısı keçiriləcək.
News24.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri Patris Emeri Trovoada ilə görüşü zamanı deyib.
Azərbaycanın "Commonwealth" təşkilatı vasitəsilə kiçik ada dövlətlərinə maliyyə dəstəyi verdiyini deyən Prezident İlham Əliyev vurğulayıb ki, iqlim dəyişmələrinin kiçik ada dövlətlərinə təsirinə dair məlumatın "Azərkosmos" vasitəsilə toplanması və təhlil edilməsi ilə bağlı bu ölkələrə ayrıca dəstək göstəriləcək.