-
- 10-11-2024, 22:31
- 266
5,9 bal gücündə zəlzələ bu ölkəni silkələdi
Kuba sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin ( ESMC ) saytında məlumat verilib.
Zəlzələnin episentri 53 min nəfər əhalisi olan Bartolome Maso (Qranma əyaləti) bələdiyyəsindən 35 km cənub-şərqdə, yerin 14,2 km dərinliyində yerləşib. Lakin tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.//publika