Bu ərazilərin 80 faizi Rusiyanın nəzarətinə keçdi
    • 11-11-2024, 02:47
    • 2 127

Bu ərazilərin 80 faizi Rusiyanın nəzarətinə keçdi


Hazırda Rusiya ordusu Ukraynanın dəniz sahillərinin 80 faizinə və əsas gəmiçilik zolaqlarına nəzarət edir.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Ukrayna Hərbi Dəniz Qüvvələri qərargahı rəisinin keçmiş müavini kapitan Andrey Rıjenko deyib.

“Sahil zolağımızın 80 faizi düşmənin nəzarətindədir və bununla bağlı nəsə etmək lazımdır. Bundan əlavə, düşmən əsas limanlarımızdan - Odessa, Pivdennı və Çornomorskdan mühüm gəmiçilik yollarını bağlamağa davam edir. Dəniz dəhlizi var, amma bu da qonşularımızın (Rumıniya) sahil sularından keçir. Normal yollar açılmalıdır”, - keçmiş zabit bildirib.

Rıjenko vurğulayıb ki, hətta Ukraynanın nəzarətində olan limanlar - Nikolayev, Oçakiv və Xerson da ruslar blokladığı üçün hazırda işləmir. Onun fikrincə, Rusiya bölmələri bu məqsədlə Nikolayev və Xerson vilayətlərində yerləşdirilib. Ruslar tez-tez bu istiqamətlərə zərbələr endirirlər.

“Bu məsələ həll olunmalıdır. Hesab edirəm ki, Müdafiə Qüvvələri bunun üçün müvafiq tədbirlər planlaşdırır”, – Rıjenko söyləyib.