Ərdoğan bu ölkədən Azərbaycana GƏLƏCƏK
    • 11-11-2024, 10:51
    • 474

Ərdoğan bu ölkədən Azərbaycana GƏLƏCƏK

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının (ƏDL) qeyri-rəsmi zirvə görüşündə iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyada yola düşüb.

İclas Yaxın Şərqdəki gərginliyin azaldılması üçün nəzərdə tutulub.

Ərdoğanın toplantı çərçivəsində bir çox liderlə görüşü gözlənilir.

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı səfərindən sonra COP-da iştirak etmək üçün birbaşa Azərbaycana gələcək. (Report)