-
- 30-06-2019, 10:50
- 1 268
ABŞ və KXDR liderləri bir araya gəldi
Amerika prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In arasında görüş başlayıb.
News24.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Pxanmuncom danışıq məntəqəsində baş tutan görüşdə iki ölkə lideri ilk dəfə Koreya yarımadasını iki hissəyə bölən hərbi-demarkasiya xətti üzərindən bir-birinin əlini sıxıblar.
Daha sonra Tramp və Kim Çen In hərbsizləşdirilmiş zonanın Şimali Koreya tərəfinə keçiblər. Tramp KXDR sərhədini keçən ilk Amerika prezidenti olub.
Bunu özünə şərəf bildiyini deyən Tramp Şimali Koreyaya səfərinin bir neçə ay əvvəlcədən planlaşdırıldığını bildirib:"Bu səfər bir neçə ay əvvəldən planlaşdırılıb. Biz G20 sammitini tərk etdik və mən sizin prezident və dostum Mun Çje İnə hərbsizləşdirimiş zonaya gedəcəyimə söz verdim" — deyə Tramp bildirib.
KXDR lideri isə Trampın Şimali Koreya sərhədini rəmzi olaraq keçməsini tarixi hadisə adlandıraraq onun Pxanmuncom sərhəd məntəqəsində görüşmək istəyi barədə "Twitter"dən xəbər tutduğunu deyib: "Sizin "Twitter"dəki təklifinizi eşidəndə, çox təəccübləndim və təklifinizi gecəyarısı qəbul edə bildim".