-
- 11-11-2024, 19:30
- 232
"Elit-raunda vəsiqə qazanmaq istəyirik"
Qrupda ilk iki yerdən birini tutaraq, elit-raunda vəsiqə qazanmaq istəyirik.
News24.az xəbər verir ki, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Abdullayev AFFA-nın rəsmi saytına açıqlamasında deyib.
Mütəxəssis Avropa çempionatının seçmə mərhələsində keçiriləcək oyunlarla bağlı fikirlərini bölüşüb:
“Noyabrın 6-da Bakıda təlim-məşq toplanışına başlamışıq. Dünəndən isə Moldovada hazırlıq keçirik. Məşqlər plan üzrə baş tutur. İrlandiya yığması qrupumuzun favoriti hesab edilir. Buna baxmayaraq, qrupda ilk iki yerdən birini tutaraq, elit-raunda vəsiqə qazanmaq istəyirik".
E.Abdullayev rəqiblərin güclü olduğunu söyləyib:
"Ancaq buraya elə-belə gəlməmişik. Məqsədimiz evə uğurlu nəticə ilə - elit-raunda yüksələrək qayıtmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunda yer alan U-19 noyabrın 13-də İslandiya, 16-da İrlandiya və 19-da Moldova yığması ilə qarşılaşacaq. Qrupun bütün oyunları Moldovanın paytaxtı Kişinyovda təşkil olunacaq.