-
- 11-11-2024, 21:44
- 271
Məhkəmə tanınmış aktyorun təcavüz ittihamları üzrə işinə baxıb
London məhkəməsi aktyor Kevin Speysini bütün təcavüz ittihamları üzrə təqsirli bilməyib
News24.az xəbər verir ki, təcavüzdə ittiham olunan məşhur amerikalı aktyor Kevin Speysi London məhkəməsi tərəfindən təqsirli bilinməyib. Məlumatı “CNN” yayıb.
Speysi doqquz epizodda ittiham edilirdi.
İki dəfə Oskar mükafatı alan 64 yaşlı aktyor 2004-2013-cü illərdə Londonun “Old Vic” kinoteatrının bədii rəhbəri olduğu dövrdə təcavüzdə ittiham olunub.