-
- 11-11-2024, 17:15
- 227
İlham Əliyev görüşlər keçirməyə davam edir - Yenilənib - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşüb.
News24.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Gələn il Finlandiyanın ATƏT-in fəaliyyətdə olan sədri funksiyasını üzərinə götürəcəyini deyən Aleksandr Stubb Helsinki Yekun Aktının 50 illiyinin qeyd olunacağını vurğulayıb.
Finlandiya Prezidenti Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin ölkəsi tərəfindən dəstəkləndiyini qeyd edərək, bu gündəliyin irəliyə aparılması ilə maraqlanıb.
ATƏT-in Minsk qrupunun artıq tarixin bir tərkib hissəsi olduğunu deyən dövlət başçısı vurğulayıb ki, Azərbaycan sülh gündəliyini dəstəkləyir. Prezident İlham Əliyev Ermənistana da COP-da iştirak etmək üçün dəvət göndərildiyini, lakin bu ölkənin iştirak edib-etməməsinin Ermənistanın özünün qərarı olduğunu bildirib.
Aleksandr Stubb Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib. Dövlət başçısı dəvəti məmnunluqla qəbul edib.
Söhbət zamanı ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev Belçikanın Baş naziri Aleksandr De Kro ilə görüşüb.
Belçika Krallığının Baş naziri COP29-un keçirilməsi münasibətilə təbriklərini çatdıraraq, iqlim dəyişmələri ilə bağlı məsələlərin müzakirəsi üçün bu tədbirin çox önəmli olduğunu deyib.
Qonaq Azərbaycanın COP-un təşkilində və ümumilikdə zəngin enerji sərvətlərinə malik bir ölkə kimi iqlim dəyişmələri məsələsində böyük rol oynadığını vurğulayıb.
Aleksandr De Kro ölkəmizə səfərinin həm ikitərəfli, həm də Azərbaycan-Avropa İttifaqı münasibətlərinin müzakirəsi üçün imkan yaratdığını qeyd edərək, Avropa İttifaqı ilə Azərbaycan arasında yaxşı əlaqələrin olduğunu və bu əlaqələrin inkişafını dəstəklədiyini deyib.
Dövlə başçısı ölkəmizlə Avropa İttifaqı arasında uğurlu əməkdşlığın həyata keçirildiyini qeyd edib. Azərbaycanın yaşıl enerji imkanlarına toxunan və Xəzər dənizinin Azərbaycan sahillərində böyük külək enerjisi potensialının olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə istehsal olunan yaşıl enerjinin Avropaya ixracı üçün konkret layihələrin həyata keçirildiyini bildirib.
Azərbaycan Prezidenti ölkəmiz ilə Avropa İttifaqı arasında digər sahələrdə də yaxşı əməkdaşlığın qurulduğunu deyib.
Prezident İlham Əliyev COP29-a hazırlıqla bağlı az vaxt olmasına baxmayaraq Azərbaycanın bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün səylər göstərdiyini vurğulayıb.
Azərbaycan Prezidenti ölkəmizin də iqlim dəyişmələrinə məruz qaldığını bildirib.
Görüşdə regional məsələlər, Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyi ilə bağlı fikir mübadiləsi aparılıb.
Dövlət başçısı son bir ildə fəal danışıqlar nəticəsində ciddi irəliləyişlərin, həmçinin sərhədlərin delimitasiyası sahəsində irəliləyişlərin olduğunu vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları sülh müqaviləsinin imzalanmasına maneə olaraq qalmaqdadır və bu Konstitusiya dəyişdirilməlidir.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Ermənistanı COP29-a dəvət edib. Bu ölkənin COP29-da iştirak edib-etməməsi Ermənistanın öz qərarıdır.
Söhbət zamanı limanlar sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu, Belçika şirkətlərinin dənizdə bərpaolunan enerji sahəsində böyük imkanlara malik olduğu bildirilib.
***
Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Prezidenti Peter Pelleqrini ilə görüşüb.
***
Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiç ilə görüşüb.