Təyyarənin mühərriki havada alovlandı
    • 12-11-2024, 08:39
    • 798

Təyyarənin mühərriki havada alovlandı

Romadan Çinə uçan Hainan Hava Yollarına məxsus təyyarənin üzərinə quşun düşməsi mühərrikdə yanğına səbəb olub. 

News24.az xəbər verir ki, 249 sərnişin və 16 ekipaj üzvü olan təyyarədə çaxnaşma yaranıb.

Pilotlar təhlükəsizlik protokollarına əməl edərək dəniz üzərindən yanacaq boşaldıb, sonra isə havaya qalxdıqları Romadakı Fiumicino hava limanına qayıdıblar.

İtaliya rəsmilərinin açıqlamasına görə, fövqəladə eniş uğurla həyata keçirilib və hava limanının hərəkətinə heç bir maneə yaratmayıb. Təyyarə texniki ekspertizaya aparılıb.

Aviasiya mütəxəssisləri bildiriblər ki, quşların zərbələri, xüsusən də mühərriklərə dəysə, ciddi təhlükələr yarana bilər.

Günel Məlikzadə