Artıq heç kim mənzil almayacaq – DAHA SƏRFƏLİ VARİANT
    • 12-11-2024, 10:48
    • 368

Artıq heç kim mənzil almayacaq – DAHA SƏRFƏLİ VARİANT

Daşınmaz əmlak investiyası dedikdə, adətən hansısa ev, mənzil, obyekt və ya torpaq sahəsinin satın alınıb kirayə və ya icarəyə verilməsi nəzərdə tutulur.

Ölkəmizdə də geniş yayılmış bu yatırım üsulu, illərdir olduqca sərfəli və təhlükəsiz hesab edilir. Digər tərəfdən, Azərbaycan cəmiyyətində yeni qurulan ailələr üçün ən başlıca ehtiyac şəxsi ev və mənzilin olmasıdır. Xarici ölkələrdən fərql olaraq, ölkəmizdə davamlı kirayədə qalmaq heç də məqbul situasiya kimi qəbul edilmir.

Araşdırmalar onu göstərir ki, mənzil almağın uzunmüddətli perspektivdə investisiya kimi faydaları olduğu kimi, riskləri də olduqca çoxdur. Mənzilin yerləşdiyi ərazinin əmlak perspektivinin zəifləməsi, iş və təhsil müəssisəsindən uzaqda yerləşməsi, daşınmaz əmlak qiymətlərində radikal ucuzlaşma kimi faktorları nəzərə aldıqda, şəxsi əmlak sahibi olmağın heç də hər zaman qazanc gətirmədiyini demək olar.

Bir sıra xarici ölkələrdə, o cümlədən qardaş Türkiyədə əhalinin əksər hissəsi ev almaq yerinə kirayədə qalmağa daha çox üstünlük verir. Səbəb isə əmlak qiymətlərinin baha olması deyil, insanların təhsil, iş və digər səbəblərdən yaşadığı yeri tez-tez dəyişməsidir. Dünya ölkələrinin bir çoxunda eyni tendensiya müşahidə olunmaqdadır. Bu ənənə iri şəhərlərdə özünü göstərən təmərküzləşmənin də qarşısını alır.

Bu prosesin yaxın gələcəkdə ölkəmizdə də baş verəcəyi istisna deyil. Xüsusən ildən-ilə bahalaşmaqda olan mənzil və həyət evlərinin qiymətlərini nəzərə alsaq, Azərbaycanda da yavaş-yavaş “ömürlük kirayəşin”lərin sayı xeyli artacaq. Bu isə kirayə mənzil bazarında rəqabəti artıracağı kimi, daşınmaz əmlak qiymətlərinin normallaşmasına da gətirib çıxara bilər.

\\Yenisabah.az